Menu

AMB İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanmasını dayandırıb

01.10.2025, 15:57
AMB İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanmasını dayandırıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanmasını dayandırıb.

Məlumata görə, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb. Analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol