Menu

İki vəkilin fəaliyyəti dayandırılıb - Məhkəməyə müraciət olunub

01.10.2025, 16:02
İki vəkilin fəaliyyəti dayandırılıb - Məhkəməyə müraciət olunub

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılıb.

Bu barədə bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.

Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol