Menu

Yevlaxda kafedə qətl törədilib

02.10.2025, 15:53
Yevlaxda kafedə qətl törədilib

Yevlaxda qətl hadisəsi baş verib.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol