Rusiya və Ukrayna cümə axşamı daha bir hərbi əsir mübadiləsi həyata keçirib.
“AzPolitika” Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hər iki tərəf qarşı tərəfə 185 nəfəri təhvil verib. Nazirliyin açıqlamasına görə, əsirlərlə yanaşı, 20 mülki şəxs də Rusiyaya qaytarılıb. Onlar hazırda Belarus ərazisindədir və onlara zəruri tibbi və psixoloji yardım göstərilir.
Ukrayna tərəfi mübadilə ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Xatırladaq ki, sonuncu əsir mübadiləsi avqustun sonunda baş tutmuşdu. Həmin vaxt hər iki ölkəyə 146 hərbi əsir qaytarılmış, həmçinin Ukraynada qalmış Kursk vilayətinin 8 sakini Rusiyaya gətirilmişdi.
“AzPolitika.info”


Şərhlər