Menu

Tramp Ukraynanın gözlədiyi addımı atıb – Ukraynaya kəşfiyyat məlumatları ötürüləcək

03.10.2025, 11:04
Tramp Ukraynanın gözlədiyi addımı atıb – Ukraynaya kəşfiyyat məlumatları ötürüləcək

ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına hazırlaşmaq barədə göstəriş verib. Bu məlumatlar Ukrayna ordusuna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməkdə yardımçı ola bilər.

“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton həmçinin NATO müttəfiqlərini də Kiyevlə kəşfiyyat mübadiləsini genişləndirməyə təşviq edir. Böyük Britaniyanın artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün yardım etdiyi vurğulanır.

Nəşr qeyd edir ki, Ukraynaya ABŞ tərəfindən uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi məsələsi gündəmdə olsa da, Trampın komandasında bu addımın cəbhədə vəziyyəti köklü şəkildə dəyişəcəyinə dair inam yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol