Suriyada İslam Dövləti yaraqlılarının mövqelərinə ABŞ-ın hava hücumlarında son 3 ayda 1171 adam ölüb.
Bunu Britaniyada qərarlaşan Suriya Müşahidə qrupu bildirir.
Təşkilatın məlumatına görə, ölənlərdən 52 nəfəri mülki şəxsdir. Qalanların hamısı yaraqlılardır.
Dekbarın 15-nə olan məlumata görə, ABŞ yaraqlıların mövqeyinə indiyə kimi 488 hava zərbəsi endirib. (Azadlıq radiosu)


Şərhlər