İsrail ordusu Qəzzada gün ərzində daha 55 nəfəri qətlə yetirib.
Bu barədə "Al Jazeera"yə tibbi mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, onlardan 39-u Qəzzada həlak olub. 39 nəfərdən 17-si isə İsrailin yaşayış binasına endirdiyi zərbə nəticəsində ölüb. Bu sayın artacağı gözlənilir.
Ölənlərin arasında 4 nəfərin humanitar missiya əmkdaşları olduğu vurğulanıb.
***
İsrail ordusu yenə verdiyi sözə əməl etməyərək Qəzza şəhərinin Tuffah məhəlləsindəki evə zərbə endirməsi nəticəsində azı 17 fələstinli ölüb.
Bu barədə "Al Jazeera"yə istinadən xəbər verir.
Bildirilib ki, işğalçıların zərbəsi nəticəsində onlarla insan yaralanıb və xəstəxanaların yaralıları müalicə etmə imkanları məhdudur.
"Haber Global"ın məlumatına görə, ölənlərin 7-si uşaqdır, 20 nəfərin isə dağıntıların altında qaldığı güman edilir.


Şərhlər