Menu

"Rusiya və Ukrayna bir-birinə müharibəni davam etdirə biləcəklərinə dair mesaj verir" - Fidan

04.10.2025, 23:59
"Rusiya və Ukrayna bir-birinə müharibəni davam etdirə biləcəklərinə dair mesaj verir" - Fidan

Rusiya və Ukrayna bir-birilərinə müqavimət göstərə, müharibəni davam etdirə biləcəklərinə dair mesaj verir.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib.

O bildirib ki, Rusiya və Ukraynanı ortaq məxrəcə gətirmək lazımdır.

Nazir qeyd edib ki, əsas problem Donetskin Rusiyanın işğal etdiyi əraziləri ilə bağlıdır: "Rusiya daha da irəli getmək istəyir. Ukrayna isə mövcud durumla barışmır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol