Menu

HAMAS lideri İsrailin Dohaya hücumundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

05.10.2025, 10:56
HAMAS lideri İsrailin Dohaya hücumundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

HAMAS-ın lideri və hərəkatın danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyə sentyabrın 9-da İsrailin onun Dohadakı iqamətgahını vurmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

APA xəbər verir ki, əl-Həyyənin yer aldığı video HAMAS-ın “Telegram” kanalında yayımlanıb.

Görüntülərin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur. Lakin HAMAS lideri çıxışı zamanı digər məsələlərlə yanaşı, oğlunun Qətərin paytaxtına endirilən zərbədə öldüyünü də qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol