Menu

Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi olub

05.10.2025, 22:18
Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisində qalib gəlib.

"Report"un məlumatına görə, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.

İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.

Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol