Menu

Prezident İlham Əliyev Tacikistana səfərə gəlib

09.10.2025, 12:04
Prezident İlham Əliyev Tacikistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib.

Bu barədə APA-nın Düşənbəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

Şərhlər

Ehtiqad 2025-10-09 12:19:54

Pirizdent İlham Əliyev Tacikstana səvərə gəlib yox Səfərə gedib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol