Menu

Öcalandan terrorçulara əmr

24.12.2014, 09:08
Öcalandan terrorçulara əmr

“Problemin həlli yolunda tarixi addımların yaxınlığındayıq"

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına xəbər yollayıb.

ANS PRESS-in məlumatına görə, təşkilatın siyasi qolu HDP (Xalqın Demokratiya Partiyası) vasitəsilə göndərilən xəbərdə fəal terrorçulara bəzi əmrlər verilib. Öcalan terrorçuların fəal olduğu bölgələrdə yol kəsmək, insan qaçırmaq, xərac almaq, qondarma məhkəmə qurmaq kimi fəaliyyətlərə son qoyulmasını tapşırıb.

“Problemin həlli yolunda tarixi addımların yaxınlığındayıq. Təxminən 6 aydır davam edən dialoqda əhəmiyyətli bit məsafə qət edilib. Problemlərin həlli yönündə razılaşma səviyyəsinə çatmış vəziyyətdəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol