Menu

Tramp Qəzza sammitində Ərdoğanı təriflədi - Bu iki lider alqışlamadı + VİDEO

14.10.2025, 11:25
Tramp Qəzza sammitində Ərdoğanı təriflədi - Bu iki lider alqışlamadı + VİDEO

Misirdə keçirilən Qəzza sammiti diqqətçəkən anlara səhnə olub. 

Belə ki, sammitdə ABŞ lideri Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı fikirləri zalda maraq doğurub. 

Tramp çıxışında deyib:“Onun ordusu dediyindən daha güclüdür. Son dövrlərdəki bəzi proseslərə baxsanız, qalib gəlirdi, amma heç vaxt tərif istəmirdi. O, sərt adamdır, amma mənim dostumdur və mənə lazım olanda həmişə yanımda olub. Buna görə də prezident Ərdoğana təşəkkür etmək istəyirəm".

Trampın bu sözləri zalda alqışlarla qarşılanıb. Lakin liderlər arasında yalnız iki nəfərin – Cənubi Kipr rəhbəri Nikos Xristodulidis və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin həmin anları alqışla qarşılamadıqları diqqətdən yayınmayıb

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol