Menu

Ermənistanda daha bir keşiş saxlanılıb

15.10.2025, 11:21
Ermənistanda daha bir keşiş saxlanılıb

Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.

P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.

Bundan əlavə, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol