Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.
Teleqraf məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb.
O, açıqlamasında yayılan xəbərləri təkzib edib:
“Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?”
Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.


Şərhlər
Bu nə gicləyir.çox dəxli var.Yadına salacaqlar.tləsmə..
ele bir basa sene dexli var olkeni talayanlardan biride sen olmusan
Çox yaxşı dəxli var???, əlinə keçirdiyin əmlakları, onsuz əldə edə bilməzdin...boynu üzülmüş köynəklə işə başlamışdın, indi isə əmlaklarının sayı-hesabı yox, yəqin fitri istedadın var, ya da nağıllardakı kimi QIZIL balığa rast gəlmisən o da sənin arzularını həyata keçirib...