Menu

Rusiya AİHM-in qərarını yerinə yetirməyəcək

15.10.2025, 14:29
Rusiya AİHM-in qərarını yerinə yetirməyəcək

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin Gürcüstana 2008-ci ildə baş vermiş hadisələrə görə təzminat ödəmək qərarını icra etməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Avropa İnsan Hüquqlarının Məhkəməsinin qərarları Rusiyada icra olunmur.

Qeyd edək ki, dünən Avropa məhkəməsi Gürcüstana 253 milyon avro təzminat ödənilməsi barədə qərar çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol