Menu

Kəmaləddin Heydərov da onu işdən çıxardı - İdarə rəisi idi + FOTO

15.10.2025, 21:18
Kəmaləddin Heydərov da onu işdən çıxardı - İdarə rəisi idi + FOTO

Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

"AzPolitika" “Qaynarinfo”-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür. 

Şərhlər

Adil 2025-10-15 22:42:26

Baho!!! Kamal quşu gözündən vurub. Yetim yesiri nənəm də çıxarar. Duzun var Teymur Mehdiyevi çıxar. Çıxarmaq istəməsən də basıb öz gözünü çıxarıb Teymuru da çıxararlar inşəallah....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol