Yunan parlamenti II turda ölkə prezidentini seçə bilməyib. Bu isə gələn ilin əvvəlində erkən seçkilərin keçirilməsinə səbəb ola bilər. Bu barədə BBC xəbər verir.
Hökumətin namizədi Stavros Dimas tələb olunan 200 səsi toplaya bilməyib. Bunun üçün ona cəmi 32 səs lazım idi. Bu isə o deməkdir ki, dekabrın 29-da III və sonucu tur keçiriləcək. Bu turda prezidentin seçilməsi üçün 180 səs tələb olunur. Baş nazir Antonis Samaras dekabrın 23-də vəziyyətin nisbətən yaxşılaşdığını, gələn həftə qələbəyə ümid etdiyini bildirib.
İqtisadi qeyri-müəyyənlik
"Ümid edirəm ki, III turda milli fəlakətdən yan keçəcəyik", - Samaras seçkilərdən dərhal sonra bildirib. Dekabrın 23-də Dimas 168 səs -III turda tələb olunandan cəmi 12 səs az toplayıb.
Müxalifət "Syriza" partiyasının lideri Aleksis Tspiras bildirib ki, erkən parlament seçkilərindən başqa əlac yoxdur. Gələn həftə son tur nəticəsiz olsa, erkən seçkilər keçiriləcək.
BBC müxbiri Damian Qrammatikasın sözlərinə görə, gələn həftə hökumətin qələbə çalacağı inandırıcı görünmür. Belə ki, sorğularda müxalifət "Syriza" partiyası öndə gəlir. Yeni seçkilər Yunanıstan və avrozona üçün iqtisadi
qeyri-müəyyənliyə gətirib çıxara bilər.
Yunanıstanın 2 partiyalı koalisiyası 155 yerə sahibdir. Aİ-nin sabiq ətraf mühit məsələləri üzrə komissarı Dimasın seçilməsi üçün hökumətin müxalifətin müstəqil parlamentarilərinin köməyinə ehtiyacı var. Beynəlxalq kreditorların təkidi ilə tətbiq olunan ciddi iqtisadi tədbirlər Yunanıstanda etirazlara səbəb olub. "Syriza" partiyası hökumətin bu tədbirlərinə son qoymaq istəyir. Samaras xəbərdarlıq edib ki, prezident seçilməsə, ölkəni avrozonadan çıxmaq təhlükəsi gözləyir. /"eunews"


Şərhlər