Rusiyanın Orenburq və Novosibirsk vilayətlərinin, eləcə də Krasnoyarsk diyarının qubernatorları öz regional parlamentlərinə nəqliyyat vergisinin artırılması ilə bağlı qanun layihələri təqdim ediblər.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığna görə, bu artımın Orenburq vilayətində regional xəzinədarlığa əlavə olaraq 534,8 milyon rubl, Novosibirskdə 219,6 milyon rubl, Krasnoyarsk diyarında isə 334,8 milyon rubl gəlir gətirəcəyi gözlənilir.
Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov verginin artırılmasının zəruriliyini “son on ildə adambaşına düşən orta gəlirin iki dəfə artması” ilə əsaslandırıb.
Qanun layihələri Orenburq vilayətində qəbul edildikdən sonra, 100 at gücünə qədər olan mühərriklər üçün nəqliyyat vergisi dərəcəsi 0 rubldan 7 rubla, 100 ilə 150 at gücü arasında olan mühərriklər üçün 15 rubldan 20 rubla qədər artacaq.
Novosibirsk vilayətində nəqliyyat vergisi 10,9% indeksləşdiriləcək.
Krasnoyarsk diyarında mühərrik gücü 100 at gücünə qədər olan mühərriklər üçün vergi 1 at gücünə görə 5 rubldan 7 rubla, 100-dən 150 at gücünə - 14,5 rubldan 16 rubla, 150-dən 200 at gücünə - 29 rubldan 32 rubla qədər artırılacaq.
Son hesablamalara görə, bütün bölgələrdə ümumi nəqliyyat vergisi yığımları 215,5 milyard rublu ötüb. Bu məbləğ regionların vergi və qeyri-vergi daxilolmalarının (TNR) 1,2%-nə bərabərdir ki, bu da regional büdcələr kontekstində əhəmiyyətsiz sayıla bilər. Ancaq əhali arasında bunun narazılıq yaradacağı gözlənilir.
“AzPolitika.info”


Şərhlər