“AzPolitika” da daxil olmaqla, azsaylı media orqanları Ramiz Mehdiyev vəzifədə olarkən belə onun fəaliyyətilə bağlı tənqidi materiallarla çıxış edəndə, Mehdiyevin bir çox tərəfdarları, xüsusilə də deputat etdiyi şəxslər onun ünvanına saysız-hesabsız təriflər yağdırırdılar. Üstəlik, bizi belə yazılara görə qınayır, hədələyirdilər. Lakin indi elə həmin şəxslər “baltanın ən yekəsini” götürərək, “yıxılmış” Mehdiyevə münasibətdə bizi və digər tənqidi medianı geridə qoymaqdadır...
Hamıya məlumdur ki, PA rəhbəri postunda ikən Mehdiyev Azərbaycan parlamentinin formalaşmasında müstəsna mənfi rol oynayıb və Milli Məclisə salınan şəxslərin ən azı yarısı onun xeyir-dua verdiyi, məlum sxemlər əsasında deputat etdiyi şəxslər olub. Onun vəzifədə olduğu müddətdə ümumilikdə 5 çağırış Milli Məclisə seçkilər keçirildiyini, hər çağırışda da deputatların təxminən yarısını onun müəyyənləşdirdiyini nəzərə alsaq, belə nəticə çıxır ki, indiyə qədər parlamentə Mehdiyevin “şinelindən çıxan” 300-ə yaxın şəxs düşüb. Bunları Mehdiyevin “deputat korpusu” da adlandırmaq olar.
Bu adamların bir qismi yenə hələ də parlamentdə, ayrı-ayrı dövlət qurumlarında vəzifələrdə, yaxud siyasətdədirlər. Eləcə də böyük biznes, mal-mülk, varidat, imkan, nüfuz sahibləridir. Maralıdır ki, vaxtilə Mehdiyevin hər sözünü özünə əmr, qanun hesab edən bu şəxslərin son günlərə qədər onunla əlaqələri nə səviyyədə olub? Mehdiyevə qarşı dövlətə xəyanət də daxil olmaqla irəli sürülən ittihamlara dair istintaqda keçmiş PA rəhbərinin "deputat korpusu”na aid şəxslərin də adı keçirmi?
Hələlik bu və buna bənzər sualların cavabı açıq qalır. Yəqin ki, buna istintaqın gedişində aydınlıq gətiriləcək. Hələiksə, Mehdiyevin “başına and içən” və onun “çörək verdiyi”(Azərbaycan reallığında məmura, deputata çörək vermək, ona xalqı, dövləti talamaq üçün şərait yaratmaq anlamını daşıyır) keçmiş və hazırkı deputatlar,məmurlar vaxtilə ona yağdırdıqları təriflərin tam əksini deməklə, ondan “uzaq durduqlarını” nümayiş etdirməyə çalışırlar.
Buna aid nümunələr çoxdur. Lakin son günlər ən çox diqqətimizi çəkən deputat Elşən Musayevin sosial şəbəkələrdə yayılan Ramiz Mehdiyevlə bağlı əvvəlki “çılpaq” tərifləri və indiki tamamilə fərqli münasibəti oldu.

Musayev Mehdiyev vəzifədə olarkən onunla bağlı bəzi media orqanlarında gedən tənqidlərə belə münasibət bildirmişdi: “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik? Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə öhtəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır”.
İndi isə həmin deputat deyir: “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!”.
Təbii ki, bu, olduqca eybəcər və dərin təəssüf doğuran mənzərədir. Kimlərsə indi deputat Musayevi və onun kimiləri bu cür yumşaq desək, “mövqe dəyişikliyinə” görə qınayır, “kişilik normaları”ndan danışır. Lakin unutmayaq ki, bu mənzərənin, belə adamların deputat olmasının, vəzifələrə təyin olunmasının baiskarları sırasında məhz Ramiz Mehdiyev ön sırada durur. İndi də özünün becərdiyi ağacın acı meyvələrini doya-doya yeyir...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Bəs Mehdiyevə bu qədər yaramazlııqları etmıyə kim və niyə imkan verib və niyə zamanında qarşısını amaq istəməyib?Axı bu hərəkətlər illərlə hamının gözü önündə baş verib.Məsələnin kökü bunda deyi?
Musayev misalında görün bu sistem insanları nə qədər rəzil.yaltaq,zəif.sabahı görməyən və qorxaq hala salıb.məgər musayev təkdir.
Azərbaycanda patlamnt (MM ) xalq tərəfindən seçilməyən,Milli qarışıqiqtidar tərəfindən milli qarışlığına görəatarılıb toplanan qarşıqmillirdən,rusynümülrdən təşkiledili.Bunu sübut etməyə ehtyac qalmır.Ökədəhökmsürən senzura. polisməhkə məqorusundan buhalarıortaya çxarmaqçətniyi yaradılıb.MM-dəki "deputat yazılanların
Buna görə Azərbaycan türkü 70 ildir zülm içərisində yaşam mücadilsi vermyə məbur edilib.
Onun deputat etdiklərinin milli köklərini araşdırmaq olduqca vacibdir Bu Azərbaycann və azərbaycan türkünün həyatınn dözülməz həyat şəraitinin qəsdən edilməsinin təsdiqidir.Mehdiyevsadəcə göstərişin icraçısı olub.Bu məsələnin kökü dərinliklərə gedir.
ölkə və parlament simasız quldurlardan təmizlənməlidir
Derdeee derd Elshen kimiler(((((( sadece sözüm yoxdu….
Vəziyyət həqiqətən də şox kritikdir. Milli Məclisi bu günkü durumda görəndə adam xəcalətlənir. Bir halda ki, qanun qəbul edən orqan öz daxilində nizam-intizam yarada bilmir, belə orqana bir qoz. Bu gün də Milli Məclisi ölkənin güzgüsü sayıram, çünki əslində bu orqan ölkənin simvoludur, qanun yaradan orqandır. Burada çalışan insanlar da çalışdıqları orqanın nüfuz sahibi, aparıcı qüvvəsi olmalıdır. Əksinə bu orqanda hər bir dövlət qulluqçusu kiminsə adamı, qohum-əqrabasıdır. Buna beynəlxalq dildə “nepotizm” deyirlər (kimə bilmək lazımdırsa internetə girib baxa bilər). İnsafən, nepotizm xanış Sahibə Qafarovadan xeyli əvvəl baş vermişdi. Murtuz Ələsgərovun vaxtında bunun rüşeymləri təzə-təzə peyda olmağa başlamışdır. Əsl zıppıltı, özbaşınalıq Oqtay Əsədovun vaxtında inkişaf etməyə başlamışdır. Çalışacağam faktlarla açıqlayım. Oqtay Əsədov Parlamenti Eldar Mahmudovun nazirliyinin filialına çevirmişdir. Heç bir savada malik olmayan Akif Çovdarovun oğlu Ruslan Çovdarovu Milli Məclisə vəzifəyə mindirmişdir, Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevi eyni qaydada Parlamentə daşımışdır. Savaddan söhbət gedə bilməzdi. İllərlə Parlamentdə çalışan və vəzifə gəzləyən əməkdaşların başları üzərindən bu hər iki qəşəng oğlanlar birdən-birə sektor müdiri təyin edilmişlər. Hər ikisinin otağı şöbə müdirlərinin otağından da yüksək səviyyədə bəzədilmişdir. Keçmiş deputatların övladları da eyni qaydada vəzifəyə daşınırdılar. Hazırda Ramiz Mehdiyevin kadrlarını Parlamentdə axtarırlar. Buyurun gəlir. Dövblət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Ramiz Mehdiyev, Eldar İbrahimov, Səttar Mehbalıyev, Siyavuş Novruzov və Ziyafət Əsgərovun, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Müslüm Səlimovun, Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Administrasiyanın sabiq şöbə müdiri Əli Həsənovun kurasiyasındadır. DTX istəsə bu faktları araşdıra bilər. Bir vaxtlar Parlamenti vəzifə sahiblərinin uşaq bağçası adlandırırdılar. Qaldı bu günkü Parlamentin Aparatının vəziyyətinə, açığı vəziyyət o qədər də ürəkaçan deyil. Burada hər kəs öz hayındadır. Qaldı deputat korpusuna, bunu hər halda cənab Prezident öz göstərişi ilə araşdıra bilər, çünki onun kifayət qədər rıçaqları buna imkan verir. Milli Məclisdə elə deputat tanımıram ki, sərbəst bir vərəqli qaun layihəsi hazırlasın. Vaxt var idi Milli Məclisi Administrasiyanın notariat kontoru hesab edirdilər.Bu xalqın yaxşı, firavan yaşamağa haqqı var.
Ramil Usubov Zakir Qaralov Ramiz mehdiyevin en yaxin adamlaridir!!!
Harami olsun!
Eh,Cəlal ,bəs parlamentdə oturan digər yarımçıq partiya sədrlərini niyə demirsən ..Birinci balıq Hafizi ortaya atdılar ,dalıca « böyük şora » kimi növbə yarandı ,hətta vaxtı ilə susmuşlar indi geydirmə internet kanallarında söymək üçün pul da verirlər .Utanırlar ancaq yenə şalaxo oynayırlar
Vaxtilə rəhmətlik Hacı Əbdül deyilən biri vardı, "Tövbə" Cəmiyyətinin sədri, bu insan düz desədə, əyri desədə həmişə bir mövqedən çıxış edirdi və ona görə də az-çox ona rəğbətim vardı. Ancaq həmən bu Elşən Musayev kimilər çox qorxulu insanlardır, belə ki, bunlar Xamaleon adamlardır və vəziyyətdən asılı olaraq özlərini aparırlar, əsil Xamaleonlar...