Menu

Trampla Putin arasında telefon danışığı başa çatıb – Putinlə yenidən görüşəcək (YENİLƏNİB)

16.10.2025, 21:25
Trampla Putin arasında telefon danışığı başa çatıb – Putinlə yenidən görüşəcək (YENİLƏNİB)

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışığının bəzi təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, bu barədə Tramp danışıb.

Putinlə söhbəti çox məhsuldar adlandıran Ağ Evin rəhbəri qeyd edib ki, yaxın vaxtlarda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcək:

"Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. İlkin görüşlərə Amerika tərəfdən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Görüşün yeri hələ müəyyənləşməyib. Sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik".

***

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

***

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib.

“Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək” – deyə Donald Tramp vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol