Menu

Hakan Fidan və Rubio Qəzza sazişinin icrasını müzakirə edib

16.10.2025, 21:04
Hakan Fidan və Rubio Qəzza sazişinin icrasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, telefon danışığında əsas müzakirə mövzusu Qəzzada atəşkəs məsələsi olub.

Bundan əlavə, regional vəziyyət, o cümlədən Şarm əl-Şeyxdə Qəzzada atəşkəslə bağlı yekun sazişin icrası istiqamətində atılan addımlar, Rusiya–Ukrayna müharibəsi və İranın nüvə proqramı gündəlikdə yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol