Menu

“Qız 3 aydır evimdə idi, danışmırdılar” - Mətanətin atası+VİDEO

16.10.2025, 21:22
“Qız 3 aydır evimdə idi, danışmırdılar” - Mətanətin atası+VİDEO

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar".

"AzPolitika" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib.

"Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü".

Xatırladaq ki, S.Hacızadə 4 ay imiş Montenoqroda işləyirmiş. O dünən Azərbaycana qayıdıb. Bu gün isə əvvəlcə həyat yoldaşını qətlə yetirdiyi haqda video paylaşıb. Bir neçə saat sonra isə onun meyiti rayonun Əyyublu kəndində ağacda asılı halda aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol