Menu

Atəşkəsdən sonra Qəzzada 51 nəfər ölüb

19.10.2025, 18:37
Atəşkəsdən sonra Qəzzada 51 nəfər ölüb

İsrailin atəşkəs sazişinin qüvvəyə minməsindən sonrakı əməlləri nəticəsində Qəzza sektorunda 50-dən çox insan həlak olub, 150-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Fələstin anklavındakı tibbi mənbələrə istinadən məlumat yayıb.

"Atəşkəsdən bəri İsrailin açdığı atəş nəticəsində 51 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb", - mənbələr bildiriblər.

Şənbə günü Qəzza anklavı hökumətinin mətbuat xidməti məlumat vermişdi ki, İsrail Qəzza sektorunda atəşkəs rejimini 47 dəfə pozub, bu müddət ərzində 38 nəfər həlak olub, 143 nəfər xəsarət alıb.

Şərhlər

B.Qarabağlı 2025-10-19 20:51:27

2ci dünya müharibəsindən sonrakı münaqişələr də, azğın hərbi təcavüzün təslimi (atəşkəs) yox, BMT memorandumu üzrə belə yalnız təcavüzkarın tam tərksilahı təhlükəsizliyə zəmanəti yarada bilər ehtimalını təsdiqləyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol