Menu

İsrail Qəzzanın mərkəzinə güclü zərbələr endirib

19.10.2025, 19:10
İsrail Qəzzanın mərkəzinə güclü zərbələr endirib

İsrail ordusu Qəzza zolağına zərbələri bərpa edib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Clash Report"un "X" sosial şəbəkəsindəki hesabında yayımlanan videoda Qəzzanın mərkəzinin güclü zərbələrlə sarsıldığı görünür. Yarıdağılmış binalardan qalxan tüstü buludları müşahidə olunur.

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin ətrafına hava zərbələri endirib. İsrail tərəfi HƏMAS-ın atəşkəs rejimini pozduğunu düşünür. Öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol