Menu

Hakan Fidan və İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri ilə görüşüb

21.10.2025, 22:06
Hakan Fidan və İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə görüşüblər.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, tərəflər Qətərin paytaxtı Dohada bir araya gəliblər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol