Menu

Azərbaycan son 20 ildə müdafiə xərclərinə 58 milyard manat yönəldib

22.10.2025, 12:59
Azərbaycan son 20 ildə müdafiə xərclərinə 58 milyard manat yönəldib

Azərbaycan son 20 ildə müdafiə xərclərinə 58 milyard manat yönəldib.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi "Konstitusiya və Suverenlik İli"nə həsr edilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda deyib.

Nazir müavini deyib ki, müdafiə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsaitlər 29 dəfə artırılaraq 8.4 milyard manat çatdırılıb: “2005-2025-cü illərdə dövlət büdcəsindən yalnız müdafiə xərclərinə 58 milyard manat vəsait yönəldilib. Bu xərclər Ordumuzun qüdrətini gücləndirib və 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin parlaq qələbə qazanmasına öz töhfəsini verib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol