Menu

Mehdiyevlərin bankı bağlanacaq? - Rəsmi açıqlama

22.10.2025, 13:07
Mehdiyevlərin bankı bağlanacaq? - Rəsmi açıqlama

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun ailəsinə məxsus bankın taleyi müzakirə edilir.

Maliyyə hesabatlarına görə, "Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30 % çoxdur.

9 ay ərzində "Bank BTB"nın əməliyyat gəlirləri 30,12 milyon manat (illik müqayisədə 9,3 % çox), əməliyyat xərcləri 25,724 milyon manat (8,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,205 milyon manat (4,9 dəfə çox), gözlənilməz xərcləri isə 2,831 milyon manat (27 % az) təşkil edib.

Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzri isə "Bank BTB" ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Belə olan halda "Bank BTB” bağlana biləcəyi, lisenziyasının ləğvi barədə müzakirələr aparılır.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün bankın fəaliyyəti barədə danışıb.

O qeyd edib ki, "Bank BTB”nin fəaliyyətində dayanıqlılıqla bağlı hər hansı bir problem yoxdur.

Taleh Kazımov bildirib ki, bankın aktivləri sektorun aktivlərinin 1%-dən aşağıdır.

"Son illər apardığımız nəzarət tədbirləri çərçivəsində bankın dayanıqlılığı möhkəmlənib. Bank bütün prudensial tələblərə riayət edir. Bankdakı əmanətləri 96,3%-i sigortalıdır" - AMB sədri əlavə edib.

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. 

"Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Şərhlər

Azər 2025-10-22 16:36:43

Ğorkimlər bizım icra strukturlarında işləyib Dəhşət Ramiz kimilərin yaşadıqları olmasaydı indi bizim büdcəmiz nə qədər olardı .minumum əmək haqqı və təqaüdlər ən azı 1000man olardı yəqin ji

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol