Menu

Xəstəxana direktoru vəzifəsindən azad edilib

22.10.2025, 14:22
Xəstəxana direktoru vəzifəsindən azad edilib

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bununla bağlı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Faktı TƏBİB "Report"a təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol