Rusiya ordusu Ukraynanın Xarkov şəhərində uşaq bağçasına pilotsuz təyyarə ilə hücum edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. O, 1 nəfərin öldüyünü, daha 7 nəfərin yaralandığını bildirib.
Ukrayna Fövqəladə Hallar Xidməti 48 uşağın təhlükəsiz əraziyə təxliyə edildiyini bildirib.
Xarkov meri İqor Terekhov da sosial şəbəkədə uşaq bağçasına edilən hücumda ölən və yaralananlar arasında uşaqların olmadığını bildirib.
Bu arada Ukrayna Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada rusların ölkəyə qarşı hücumlarda 15-i ballistik olmaqla 28 raketdən VƏ 405 PUA-dan istifadə etdiyi bildirilib.
Açıqlamada hava hücumundan müdafiə qüvvələri tərəfindən 333 PUA-nın məhv edildiyi və ya yönləndirilərək zərərsizləşdirildiyi, 16 raketin vurulduğu vurğulanıb.
"AzPolitika.info"


Şərhlər
Putinden sulh gozlemek sadece cefengiyyatdir