Menu

Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

22.10.2025, 19:51
Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

ANAMA və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X”də bildirib.

Onun sözlərinə görə, anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyə görə minnətdarıq — birlikdə təhlükəsizlik və ədalətli sülh üçün!”, - diplomat qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol