Menu

Ryazan neft email zavodu yenə yanır – “Rosneft”-in ən böyük zavodu tam sıradan çıxarılıb (VİDEO)

23.10.2025, 11:38
Ryazan neft email zavodu yenə yanır – “Rosneft”-in ən böyük zavodu tam sıradan çıxarılıb  (VİDEO)

Oktyabrın 23-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Ryazan vilayəti üzərində Ukraynaya məxsus 14 PUA məhv edib.

“AzPolitika” cxəbər verir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov Telegram-da yazıb: "Düşən qalıqlar zavodda yanğına səbəb olub. İlkin məlumata görə, tələfat yoxdur, maddi ziyan hesablanır".

Rusiya Telegram kanallarının məlumatına görə, pilotsuz təyyarə hücumu Ryazan Neft Emalı Zavodunu hədəf alıb. Zavodda baş verən partlayışlardan sonra hüquq-mühafizə orqanları obyektə girişi bağlayıb.

Ukraynalı mütəxəssislər videogörüntülərdən istifadə edərək, neft emalı zavodunda yanğının katalitik krekinq və hidrotəmizləmə qurğusunun yaxınlığında baş verdiyini müəyyən ediblər. Hesabatda qeyd olunur ki, neft emalı zavodu daha əvvəlki hücumlardan sonra yalnız bir böyük qurğu ilə işləyirdi. Bu hücumdan sonra həmin qurğu da sıradan çıxarılıb.

Ryazan Neft Emalı Zavodu Rosneft-ə məxsusdur və şirkətin ən böyük zavodudur. Onun illik gücü 13,8 milyon tondur. Bu zavod digər ərazilərlə yanaşı, Moskva vilayətini də yanacaqla təmin edirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol