ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.

Bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib.

Tramp gələcəkdə belə bir görüşün yenidən təşkil oluna biləcəyini əlavə edib.

Tramp həmçinin Ukraynada sülh danışıqlarında irəliləyişin əldə olunmamasından narazılıq ifadə edib: “Açığı Vladimir ilə hər danışığımda yaxşı söhbətlər edirəm, amma sonra heç bir nəticəyə gələ bilmrik".

"AzPolitika.info"