Menu

Rusiyadan maye qaz alışına qadağa qoyulur – Avropa İttifaqının 19-cu sanksiya paketində daha nələr var?

23.10.2025, 13:31
Rusiyadan maye qaz alışına qadağa qoyulur – Avropa İttifaqının 19-cu sanksiya paketində daha nələr var?

Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı 19-cu sanksiya paketini yekun şəkildə təsdiqləyiblər.

“AzPolitika” xəbər verir ki, qərarın yaxın günlərdə qüvvəyə minəcəyi bildirilir.

Yeni sanksiyalar paketi əvvəlcə Aİ səfirləri tərəfindən qəbul edilib — bu, Avstriya, Macarıstan və Slovakiyanın etirazlardan imtina etməsindən sonra mümkün olub.

Bu qərar ABŞ-nin də eyni vaxtda sanksiyaları sərtləşdirməsi ilə üst-üstə düşür. Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas bildirib ki, bu addımlar Rusiyaya qarşı təzyiqlərin Atlantikanın hər iki tərəfindən artırıldığını göstərir və məqsəd Ukraynada müharibənin dayandırılmasıdır.

Yeni paket çərçivəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulur. Əsas tədbirlər bunlardır:

Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalının 2027-ci ilə qədər qadağan olunması (əvvəlki razılaşmaya əsasən bu proses 2028-ci ilin 1 yanvarınadək başa çatmalı idi);

Rusiya vətəndaşlarına kriptovalyuta xidmətlərinin göstərilməsinə qadağa;

Rus diplomatlarının Şengen zonasında sərbəst hərəkətinə məhdudiyyətlər;

“Kölgə donanması” adlandırılan tanker siyahısının genişləndirilməsi.

Bundan əlavə, sanksiya siyahısına Rusiya və Mərkəzi Asiya ölkələrindən bir neçə bank və kriptobirja, eləcə də Çin və Hindistandan bəzi şirkətlər daxil edilib – onların Rusiyanın sanksiyalardan yayınmasına yardım etdiyi iddia olunur. Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-nin yeni qərarını alqışlayaraq bildirib ki, Ukrayna Rusiyaya qarşı təzyiqin artırılmasını dəstəkləyir və “sülh sazişi naminə ərazi güzəştlərinə getməyəcək”.

“AzPolitika.info”

Şərhlər

Eli 2025-10-23 14:11:40

Avropa ölkelerine tam etibar etmek en azından sadelovhlükdür onların rehberler Reyqan demişken "Siyasi fahişelerdir?"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol