Menu

İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldılır

23.10.2025, 14:03
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldılır

2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (2025-ci illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, xərclərin 1 milyard 976 milyon manatının İTSF-nin gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.

Şərhlər

Kolxoz hesabdarı 2025-10-23 15:17:24

İcbari Tibbi Sığorta əməkçilərdən tutulursa, onun Dövlət, ya büdcəsi ilə nə əlaqəsi? Sovet dövründə sağlamlığa tam zəmanət və əlavə sanator-kurort bərpa-istirahətini qismən ödəmiş işçilərdən *Profsoyuz* vergisi əlavə faizlə də müasir iti dişli avadanlıq və yüksək iştahli bizneslə də nədən, kənd təsərrüfatımızın daha saf-təravətli məhsulları ilə də sağlamlığımızzı təmin etmir? Fəiz necə hesablanıb, *otkatı* ödəmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol