Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri professor Əli Nağıyev “Yeni Sabah”a müsahibəsində Ramiz Mehdiyev ətrafında baş verən hadisələrə dair fikirlərini açıqlayıb. Əli Nağıyev bildirib ki, Ramiz Mehdiyev barədə ona çoxsaylı zənglər gəlsə də, heç birinə cavab verməyib və vurğulayıb ki, Heydər Əliyev hakimiyyətdə olarkən öz fikirlərini tam şəkildə səsləndirib.
O qeyd edib ki, yıxılana əlavə zərbə vurmaq onun iş prinsipi deyil.
“Mən Heydər Əliyev hakimiyyətdə olanda Ramiz Mehdiyev haqqında bütün sözlərimi demişəm. Amma yıxılana balta vurmaq mənim sənətim deyil. Ona görə də indi heç nə danışmaq istəmirəm,” — Əli Nağıyev bildirib.
O həmçinin qeyd edib ki, keçmişdəki çıxışları və mövqeləri ilə bağlı istənilən araşdırma nəticəsində həmin fikirlər təsdiqlənəcək. Əli Nağıyev 1995 ci ildə deputat olmağa can atanların zamanında onun televiziyada çıxışlarının xatırlanmasını və Yaqub Eyyubovdan da bu barədə soruşmağı tövsiyə edib.
Müsahibədə Əli Nağıyev nazir işlədiyi dövrdə Ramiz Mehdiyev ilə münasibətlərinin normal olduğunu deyib. “Münasibətlərimiz normal olub. Aşağı səviyyəli məmur yuxarı vəzifədə işləyənlərin qanun çərçivəsində olan tapşırığını yerinə yetirməlidir. Əgər tabe olmasan, gərək işləməyəsən,” — Əli Nağıyev bildirib.
Partiya rəhbərliyi dövründə Ramiz Mehdiyevin müdaxiləsinə gəlincə, Əli Nağıyev deyib ki, rəhbər olduğu dönəmdə YAP ın işlərinə heç kimin müdaxilə edə bilməyib, yalnız Heydər Əliyevin göstərişlərinə əməl edib: “Mən rəhbər olanda heç kəs YAP ın işlərinə burnunu soxa bilmirdi. Heydər Əliyevdən başqa heç kəsin tapşırığına qulaq asmamışam…”
Müsahibənin sonunda Əli Nağıyev bir daha vurğulayıb ki, bu gün Ramiz Mehdiyevin adını çəkmək istəmir: “Qısası, mən bu gün Ramiz Mehdiyevin adını çəkmək istəmirəm. Əsas düşüncəm odur ki, yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil”, - o deyib.
“AzPolitika.info”


Şərhlər
Bu özü necə professor, ziyalıdır ki, söhbət Dövlətə xəyanətdən gedir, fikrini bildir, millətdə bilsin ki, bu adamın günahı var ya yox...2-cisi bunun 2 kəlmə sözü düz-əməlli danışığını görməmişəm...
Bu YAP rehberlerinin,yapçı vezifelilerin heresinde bir cür qeribelik var.Bu professor sabiq nazir başa düşmğr ki burda Eli Nağıyevin şexsiyyetinden yox ,dövlet ve milletin taleyinden shbet gedir eger yazılan ve deyilenler düzdürse.Yox men men demekle dövlet qorunmur Elibey.
Daha nə danışacağsan hamısını dedindəbə.