Menu

“Lukoil” və “Rosneft”in səhmləri çökür - Səbəb Trampın sanksiyalarıdır

23.10.2025, 16:41
“Lukoil” və “Rosneft”in səhmləri çökür - Səbəb Trampın sanksiyalarıdır

Rusiyanın neft nəhəngləri olan “Lukoil” və “Rosneft”in səhmləri ABŞ-nin onlara qarşı yeni sanksiyalarının tətbiqi fonunda bu gün səhərdən kəskin ucuzlaşır.

“AzPolitika” xəbər verir ki, “İnvestisiya” portalının məlumatına görə, bu gün fond birjasında ticarət başlayandan “Lukoil”in səhmləri 4,37%, “Rosneft”in səhmləri isə 3,21% ucuzlaşıb.

Rusiya neft nəhənglərinin səhmləri sessiyanın əvvəlində ən böyük eniş edənlər - qırmızı rənglə göstərilənlər sırasındadır. Onların arasında “Qazprom”, “VTB Bank” və “Sberbank” da var. Bu şirkətlərin qiymətli kağızlarının sahiblərinə onları aktiv şəkildə satmaq tövsiyə olunur.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Məhdudiyyətlər “Rosneft”in 28 və “Lukoil”in 6 törəmə müəssisəsinə də təsir edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol