Menu

Londonda Rusiya kəşfiyyatına işləyən 3 nəfər saxlanılıb

23.10.2025, 18:16
Londonda Rusiya kəşfiyyatına işləyən 3 nəfər saxlanılıb

Böyük Britaniyada üç nəfər xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb. 

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə London polisinin məlumatında deyilir.

Rəsmi açıqlamaya əsasən, saxlanılan şəxslər milli təhlükəsizlik qanunvericiliyini pozmaqda ittiham olunur və onların Rusiya maraqları naminə fəaliyyət göstərdikləri bildirilir.

Hadisə 23 oktyabrda baş verib. Saxlanılan şəxslərin 48, 45 və 44 yaşlarında olduqları açıqlanıb. Onlar Londunun qərb və mərkəzi hissələrində aparılan əməliyyatlar zamanı ələ keçirilib.

Polisin məlumatına görə, əməliyyat çərçivəsində bir neçə ünvanda axtarışlar da aparılıb.

London polisinin Antiterror bölməsinin rəhbəri Dominik Mörfi açıqlamasında bildirib ki, saxlanılan şəxslər xarici xüsusi xidmət orqanları tərəfindən “proksi agentlər” kimi icarəyə götürülüb və cinayət xarakterli tapşırıqları yerinə yetiriblər.

Britaniya xüsusi xidmət orqanlarının nümayəndələri son illər dəfələrlə Rusiyanı Avropada “hibrid əməliyyatlar” təşkil etməkdə ittiham ediblər.

Moskva isə bu iddiaları tamamilə əsassız adlandırır və Londonda antirusiya isteriyasının süni şəkildə yaradıldığını bildirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol