Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
"AzPolitika"nın məlumatına görə, əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.

Qeyd edək ki, 1965-ci ildə Göyçayda anadan olan İslam Vahid oğlu Rzayev 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir.
1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmiş Rzayev 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi işə başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov(hazırkı Xəzər rayonu-red.) rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.
İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür.
Saxlanılan icra başçısının qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.

Şərhlər
DTX sizlərə eşq olsun ! Allah sizləri qorusun ! Sizdən xahiş edirik yolunuzu Şəkiyə salsanız Ölkəmizin büdcəsini 3-il yerinə yetirməyə nail olmaq olar. elxan Usubovun , həsən Həsənovdan yazmaqla qurtarmaq olmaz! Onların əmlakları yəqinki sizə aydındır. Yalnız Pensiyaçı, İH-nin Baş memarı Cahangir Nəbiyev haqqında sizə məlumat vermək istərdim! C.Nəbiyev cəbhə dövründə vəzifəsindən sui-istifadə edərək Bazarın yanında əhali üçün istirahət yeri və Yanğına qarşı Su hovuzu inşa edilmişdir, Şəkinin yaxın obyektlərinin və Bazarın yanğına qarşı olan Su hovuzu. Cəbhəçi Cahangir Nəbiyev Hovuzu və əhalinin istirahət yerini qanunsuz yola mənimsəyərək Hərbi xidmətdən yayınan, alqaş oğlu Tural Nəbiyev üçün gecə barı düzəldiribdir. Gecə nların səslərindən yata bilmirik. Sizdən xahiş edirik Yerində gəlin yoxlayın və düzgün qərar qəbul edilməsinin sizdən xahiş edirik Cahangirin obyektlərinin sayı-hesabı yoxdur.....DTX sizdən xahiş edirik yolunuzu Şəkiyə salın !
Sizinlə də hər şey artıq məlumdur. Gözləyin, qarapapaqlılar gəlir.
(Fikirləşməyin ki, nə sırtıq adamdır) İndiyə kimi niyə xəbərim olmayıb? Özümü qınadım. Yaxşı mən bilməyə bilərəm. Bəs respublikanın Baş prokurorluğu, DİN, DTX, ən əsası Prezident Administrasiyası bu biyabırçılığı görmürdülər? Əslində ölkədə fəaliyyət göstərən bütün icra hakimiyyətləri eyni gündədirlər. Haramla qurulan Sovetlər birliyi 70 ildən sonra dağıldı. İcra hakimıəri də haramlıq üzərində qurulub. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə gəldikdə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamədə nazirliyin (DTX nəzərdə tutulub) vəzifələri sadalanmışdır. Əsasnamənin 8-ci bəndində DTX ona aidiyyəti olmayan işlərlə məşğuldur. Buna heç bir etirazım yoxdur. Əməlləri xoşniyyətlidir. Bir halda DTX bu işlərlə məşğul olacaqsa, onda o biri hüquq mühafizə orqanları nə işlə məşğuldurlar? Nə yaxşı ki, bir DTX-mız var. DTX-ya bir xahişim var, Balakən rayon İcra Hakimiyyəti ilə bağlı Prezident Administrasiyasının 90-99 faiz vəzifəli şəxslərini də İslam Rzayevlə görüşdürsünlər, çünki sabiq başçı tək darıxa bilər. Azpolitika bir balaca ürəkli ol, artıq proses başlayıb. Bu siyahıda olanlar da üzüsulu istefa versinlər, onsuz da DTX yavaş-yavaş onları dənləyəcək. Sözdə yox, əməldə Prezidentə dəstək olun, görürəm. Bu ölkədə Prezidentə az sadiq adam qalıb (demək olar ki, qalmayıb), vəzifədə olanlar, olmayanlar, müxalifəti isə hələ demirəm. DTX-yə eşq olsun. Rus yazıçısı Saltıkov-Şedrinin əsərində (əsərin adı xatirimdən çıxıb) belə bir deyim var: “жил дрожал, умирал дрожал”. Ay Azpolitika, artıq bu sözləri Sizə yaraşdırıram. Ən azından 4-5 dəfə göndərdikdən sonra el adəti ilə ona sünnət edib yararsız, mənasız hala saldıqdan sonra can-dərdi verirsiniz. Siz bu bədheybətin sifətinə deyil, sufatına baxın, tochno Ramiz Mehdiyevə oxşayır, elə bil fırt eləyib burnundan düşüb.
balakenin deputati nesib mehemeliyev bir basa ramizin adamidir milyardlarla emlaki zavodlari restoranlari zaprafkalari saymaqla biten sey deyil
Vəzifədə olan və vəzifədən azad edilən YAP üzvlrinin hamısı korrupsiya və rüşvət cinayətəri törədiblər və törədirlər.Bunun nə demək olduğunu,,.bu partiyanın dürüst partiya olmadığını təsdiq etmirmi. Belə partoya Azərbaycana və Azərbaycan xalqına lazımdırmı?
Ölənlərinə rəhmət qazananların sayı saxlanılanların sayı qədər artacaq. Son 30 ildə həmişə belə olub.