Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.
“AzPolitika" “xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslər rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, ötən gün Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə xəbəri ilk olaraq "Unikal.org" saytı yayıb.
***
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.
“AzPolitika" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.
Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
“AzPolitika" “Unikal”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib

Şərhlər
Bunnar hamsi peshkadilar(((
DTX xahiş edirik Şəki yaddan çıxmasın....?
Kim məni inandıra bilər ki, icra başçısının xeyir-duası olmadan hansısa hərəkət etməyə cürəti çatsın? Quş-quşlunluğu ilə qanad çalıb uça bilməz. .... Müavin cinayətdə günahlandırılır icra başçısının bundan məlumatı yoxdur. Uşaq bağçasındakı körpəyə desən o da inanmaz. Bu məmləkət elə bil ki, ALLAHın qarğışına tuş gəlib. İcra başçısı da müavinin yanında olmalıdır ki, o darıxmasın.
PALANİN GÜNAHI NƏDİR?
Halaldı ,Süleyman Mikayılov qalıb kənarda məsləhətçi tutulur ,yaxşı ki ,süpürgəçilər tutulmayıb.Heç olmasa məlumat verməyin ...
MÜAVİN AZƏRBAYCAN ŞƏRAİTİNDƏ SƏLAHİYYƏTİ OLMAYAN ŞƏXSƏ DEYİLİR.
Başçı qalıb qıraqda müavini tuturlar, məgər müavin maddi məsul şəxsdir. Başçı nə deyib oda edibdir. Sadəcə başçını dayaqları güclüdür ona heç kim bata bilmir, ona görədə müavini qurban verirblər.
Onsuzda bizdə şişka yeyənlər qalır qıraqda, ancaq peşkaları tuturlar.
Bəs başçı Müavinin nə haqqı var başçısız bir addım atsın o yalnz başçının göstərişiiləhərəkət edblər.Yoxsa onu çoxdan başçı elə sizsiz də qovardı.Balıq başdan iy verir.
Müavin ?
Axırki Süleyman qağayada nöbbə çatdı.