Menu

"Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır" - Mustafa Destici

03.11.2025, 11:49
"Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır" - Mustafa Destici

Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır.

"Report" xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat brifinqində deyib.

"Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə-Ermənistan münasibətlərindən danışmaq olar",- o bildirib.

Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkib: "Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bu mənada, dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir".

O, Zəngəzur dəhlizinin ABŞ, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol