Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
Bu barədə APA-ya qurultayda partiya sədri postuna namizəd olmuş Elçin Ağamalı bildirib.
Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.
Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.
Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.


Şərhlər
Saxta mandata sahib olanlar,
İclaslarda, şirin-şirin yatanlar,
Amalları pula sərvət qatanlar,
Bəd ayaqda bir birini satarlar.
20 il MM oturdu üz qarasında,
Sonda qaldı oğul-qız arasında,
İstefa səsləndi seçki yarışında,
Kreslo yarışı bunun harasında.
Gülmeludir vallah.Bu adam iki övladı arasında normal bacı qardaş münasibeti qura bilmirse bu nece Ana Vetene qulluq edecek.Heç olmasa partiyasının adını deyişsin qoysun meselen "3 adamı idare ede bilmeyen Fezail" partiyası.
Əslində bunlar həm ailədə və həm də siyasətdə həyat və fəaliyyətləri həmişə belə eybəcərliklərin üzərində olub ki, bu çoxları bilirsə də az adam açıq danışırdı. Qurultay bunların içini açıb ortaya qoydu. Görünün bunların daha şərləməyə, böhtan atmağa, qara yazmağa adam tapa bilmirlər, özləri ilə didişirlər.
BEL ADI OLUB ÖZÜ FƏALİYYƏTSİZ "PARTİYALAR" QAPADLMALIDIR.B PARTİYANI 30 İLDƏ HƏR HANSI İŞİNİ GÖRƏN EŞİDƏN OLUB? FƏZAİL BƏYİ DEPUTAT YAZIB YALAN MÜXALİFƏT YARATMAQDAN BAŞQA BU PARTİYA HEÇ NƏYƏ GƏRƏK OLMAYIB..HƏLƏ BÜDCƏDƏN ONLARA VƏSAİT AYRILMASI BAŞQA MÖVZUDUR.