Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.
“AzPolitika" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.
Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.
“Boz kardinal” hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatında və digər ünvanlarda axtarış tədbirlərinin aparılması həyata keçirilib. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib.

Şərhlər
Nə qədər günahı olmasından asılı olmayaraq hətta Ramiz Mehdiyevin şəxsiyyətinə qətiyyən toxunmaq məqsədim yoxdur. Özü bilər, ALLAHı bilər. Hər halda günahı sübuta yetər və layiqli cəzasını alar. Keçək əsas mətləbə. İllər öncə bir tanışım bir neçə nəfərin içində belə bir sual verdi, düzəngahlıqdır, ərazidə eşşək otlayır, bu ərazidə canavar peyda olur, eşşək nə edəcək? Hərə bir cür cavab verdi və bu cavablar sual verəni qane etmədi. Cavabında dedi ki, eşşək canavarın üstünə qaçacaq. Bu cavab heç kimi qane etmədi. Ondan bunun səbəbini soruşanda cavabı o oldu ki, eşşək canavarın üstünə qaçacaq. Niyə sualına cavabı o oldu ki, çünki hara qaçsa da canavar onu tutub parçalayacaq. Halaldı bu qarapapaqlılara. Görünür ki, kimsə Mehdiyevə məsləhət bilib ki, bu qələtdən sonra heç olmasa abır-həyanı qoru, bəlkə məhkəmə yüngülləşdirici hal kimi yaşını, səmimi etirafını nəzərə alıb cəzanı yüngülləşdirə. Ona görə də apellyasiya şikayəti verməyib.İnsana yaşamaq üçün nə lazımdır? Bir balaca daxma və bir az da pul. Bu adamın mədəsi elə bil kaşalotun mədəsidir. Bu yaşda insan özünü bu qədər hörmətsiz etməz.