Menu

Böyük Quruluş Partiyası 10 illik yubileyini qeyd etdi (FOTOLAR, VİDEO)

24.11.2013, 01:13
Böyük Quruluş Partiyası 10 illik yubileyini qeyd etdi (FOTOLAR, VİDEO)

Noyabrın 23-də Bakıdakı "Xudafərin" sarayında millət vəkili Fazil Mustafanın qurucusu və sədri olduğu Böyük Quruluş Partiyasının 10 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasimdə bu partiyanın rəhbərliyi və fəalları, partiya sədrləri, siyasətçilər, deputatlar, jurnalistlər, tanınmış ictimai xadimlər, ziyalılar və digərləri iştirak edib. "Ədalət" Partiyasının sədri İlyas İsmayılov, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli, şair Ramiz Rövşən, Ziyalılar Forumundan Rafiq Əliyev, politoloq Qabil Hüseynli və başqaları çıxış edərək təbriklərini dilə gətiriblər.

Xatırladaq ki, Böyük Quruluş Partiyası 2003-cü ildə təsis edilmiş, 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. İdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramının hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayılmasıdır. Siyasi sistemdə mövqeyi solçuluqdur. Üzvlərinin sayı 3000 nəfərdən çoxdur.

Partiyanın başqanı Fazil Mustafa iki çağırığdır Milli Məclisin deputatıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol