"Əgər biz sadəcə daha çox pul, daha çox silah versək və ya daha çox sanksiya qəbul etsək, qələbənin yaxın olacağı barədə bir fantaziya var. Sülhə uydurma bir aləmdə yaşayan uğursuz diplomatlar və ya siyasətçilər nail ola bilməz. Buna real dünyada yaşayan ağıllı insanlar nail ola bilərlər".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens öz X sosial şəbəkə səhifəsində yazıb. O, Ağ Evin Rusiya nümayəndələrinin iştirakı ilə hazırladığı Ukrayna üçün "sülh planı"nın əsas prinsiplərini də açıqlayıb.
Vens qeyd edib ki, sənəd üç məqsədə əsaslanır:
Qırğınları dayandırmaq və Ukraynanın suverenliyini qorumaq;
Həm Ukrayna, həm də Rusiya üçün məqbul olan bir plan hazırlamaq;
Müharibənin bir daha başlamayacağına maksimum zəmanət vermək.
Bundan əlavə, Vens iddia edib ki, Rusiya-Amerika "sülh planı"nın tənqidçiləri ya onu səhv başa düşüblər, ya da Ukrayna cəbhəsindəki real vəziyyəti görməzdən gəlirlər.
“AzPolitika.info”

Şərhlər