Menu

ABŞ-Avropa-Ukrayna danışıqları keçiriləcək – Kiyev İsveçrəyə göndərilən heyəti açıqladı

22.11.2025, 17:29
ABŞ-Avropa-Ukrayna danışıqları keçiriləcək – Kiyev İsveçrəyə göndərilən heyəti açıqladı

Ukrayna Prezident Administrasiyasının saytında dərc edilən sərəncama əsasən, ABŞ ilə danışıqlarda iştirak edəcək ukrayna nümayəndə heyətinin rəhbəri Andrey Yermak təyin edilib. Heyətə həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, Baş Qərargah rəisi Andrey Gnatov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleg İvaşçenko və Xarici İşlər Nazirliyinin müavini Sergey Kislitsa daxil ediliblər.

Ukrayna KİV-lərinin məlumatına görə, nümayəndə heyətinin ABŞ və Avropa tərəfdaşları ilə keçiriləcək görüşləri İsveçrədə planlaşdırılır. Görüşlərin dəqiq vaxtı hələlik açıqlanmayıb.

Rəsmi bildirişdə vurğulanır ki, yaradılan heyət ABŞ ilə və digər beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya təmsilçiləri ilə sülhə aparan konkret mexanizmlər və addımlar barədə məsləhətləşmələr aparacaq. Heyətin tərkibi göstərir ki, danışıqlar həm siyasi-diplomatik, həm də hərbi-kəşfiyyat aspektlərini əhatə edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol