Menu

"ABŞ-nin planı Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilər" - Zelenski

23.11.2025, 18:42
"ABŞ-nin planı Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilər" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planı üzrə Cenevrədə davam edən danışıqlara münasibət bildirib.

"Report"un məlumatına görə, o, bu barədə teleqram kanalında yazıb.

"Bazar günü İsveçrədə işləyən Ukrayna nümayəndə heyətinin ilkin hesabatları göstərir ki, Amerikanın müharibənin dayandırılması ilə bağlı təklifləri Ukraynanın milli maraqları üçün vacib olan elementləri nəzərə ala bilər. Ukrayna xalqının ümid etdiyi əsas məqsədə - nəhayət, qan tökülməsinə və müharibəyə son qoymaq üçün bu elementlərin effektivliyini artırmaq üçün səylər davam edir", - Zelenski bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol