Britaniya Hərbi Dəniz Qüvvələri Britaniyanın Hərbi Dəniz Qüvvələri ölkə sahillərinə yaxın ərazidə Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Stoykiy” korvetini və tankerini müşahidə altında saxlayıb.
“AzPolitika” bildirir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, patrul gəmisi HMS Severn iki həftə ərzində Rusiyaya məxsus gəmilərin hərəkət trayektoriyasını izləyib. Gəmilər Dover boğazından keçərək qərb istiqamətinə doğru hərəkət ediblər. Daha sonra onların Bretan sahilləri yaxınlığındakı monitorinqi NATO-dakı adı açıqlanmayan müttəfiq ölkəyə həvalə olunub, HMS Severn isə məsafədən nəzarəti davam etdirib. Hadisənin dəqiq tarixi açıqlanmayıb.
Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib ki, bu əməliyyat NATO çərçivəsində aparılan mütəmadi koordinasiya fəaliyyətinin bir hissəsidir. Son iki il ərzində Rusiya gəmilərinin Britaniya sularına yaxınlaşma halları 30% artıb.
Nəşrin yazdığına görə, paralel olaraq Britaniya İslaniyaya üç ədəd yeni “Poseidon” müşahidə təyyarəsi göndərib. Bu təyyarələr Şimali Atlantika və Arktika regionlarında Rusiya gəmilərinin və sualtı qayıqlarının aktivliyini izləyəcək.
Rusiyanın Müdafiə Nazirliyi Britaniya tərəfinin açıqlamasını şərh etməyib.
“AzPolitika.info”

Şərhlər
Putinin,Rysiyanın her işi yalan "Блефдир".