Ukraynaya qarşı işğalçılıq müharibəsində bir milyona yaxın itki verən və insan resursları sarıdan problem yaşayan Rusiya öz əmək bazarındakı işçi qüvvəsi çatışmazlığını Hindistandan gətirəcəyi miqrantlar vasitəsilə doldurmağı planlaşdırır.
“AzPolitika” xəbər verir ki, Vladimir Putinin yaxın adamlarından biri, Sberbankın baş direktoru Herman Qrefin dediyinə görə, Rusiyada işçi qüvvəsi çatışmazlığı yaxın illərdə 2,8-5 milyon nəfərə çata bilər və bu problemi miqrant işçilər olmadan həll etmək mümkün deyil.
Sberbank İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin isə deyib ki, Rusiya iqtisadiyyatındakı işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün Hindistandan ixtisaslı işçi qüvvəsinin axını gözlənilir: "Hindistan işçi qüvvəsinə hazırda yüksək tələbat var və daha da çox tələbat olacaq, çünki bu, ixtisaslı işçi qüvvəsidir. Bu, əməkdaşlığımızın sahələrindən biridir; biz şirkətlərimizə hind işçi qüvvəsinin gətirilməsinə kömək edirik".
Vedyaxin bunu “Reuters” agentliyinə verdiyi müsahibədə söyləyib. Vedyaxin deyib ki,hindistanlılar əvvəlcədən müəyyən edilmiş viza ilə gəlirlər və bu, onları əksər vizasız miqrantlardan fərqləndirir: “Rusiyada işçi qüvvəsi çatışmazlığı artır; proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm təxminən 3 milyona çata bilər. Eyni zamanda, Hindistanın böyük bir işçi qüvvəsi və təcrübəsi var - hazırda təxminən 15 milyon Hindistan vətəndaşı xaricdə işləyir”.
Hindistanın Sankt-Peterburqdakı baş konsulu Neelam Rani isə deyib ki, bu il Rusiyaya işçi qüvvəsinin emiqrasiyası kəskin şəkildə artıb və hazırkı plan Rusiya əmək bazarındakı boşluğu doldurmaq üçün 400.000 hind işçisini cəlb etməkdir.
Xatırladaq ki, ciddi işçi qüvvəsi çatışmazlığına baxmayaraq, Rusiya hakimiyyəti 2024-cü ilin mart ayında Moskva yaxınlığındakı Crocus City Hall konsert salonunda baş verən terror aktından sonra immiqrasiya qanunlarını sərtləşdirib. Buna baxmayaraq, belə görünür ki, keçmiş Sovet respublikalar vətəndaşlarına qarşı qanunlarını və onların praktiki tətbiqini sərtləşdirən Moskva, ucsuz-bucaqsız ərazisi olan Rusiyanı hindistanlılarla doldurmağa üstünlük verir.
“AzPolitika.info”

Şərhlər
Və bundan da gülməli, 500 minlik Hindistan ordusu və Rusiyanın azad şəkildə işğalı və yeni Hindistanın formalaşması, nəzərə alsaq ki, Hindistan Qərbin Asiya qitəsində ən böyük bazası olub və olacaq, Putin və onun axmaq siyasətçiləri həqiqətən də iyrəncdir.
Gülmeli menzere yaranlb:150 milliona yaxın ehalisi okan Rusiyada işçi qüvvesi çatmır.Eslibde bu ehalinin 70-80 millionu emek qabiliyyetludur sadece millet nahardan sonra aylq olmur ve SSRİ döneminde ve indi de bu ölenin ağıllı adamları ve esas işçi qüvvessi qeyri ruskar esasen. Qafqaz ve Orra Asiya vetendaşjarldlr.Bu millet adi ticareti de idare ede bilmir her şeyi elmi nailiyyet ve texnoligiyası da 100% oğurluqdur