Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib.
Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Vəkil Xeyransa Babayeva bildirib ki, iş üzrə digər müttəhimlərə sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Mir Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.

Şərhlər
Beləsi, rəhmətlik atasının da adına, (yəni Tofiq İsmayılovun) necə deyərlər, çox böyük utanc gətirir...
Mir Heydər Rabitə Nazirliyində 2006-cı ildə şöbə rəisi işlədiyi dövrdə haqq-ədaləti müdafiə etmək əvəzinə İcra başçısının qanunsuz əməllərinə, qanuni don geyindirərək mənim iş karyeramı məhv etdi, Allahda onu məhv etdi ! Dövlətimizə və xalqımıza xəyanət edən belə korrupsionerlər məhv edilməlidir.